Bakıda iki yaşlı körpə xəstəxanada ölüb
Hadisə
- 14 iyun, 2024
- 07:00
Bakıda iki yaşlı körpə xəstəxanada ölüb.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) iyunun 13-ü saat 22:00 radələrində huşsuz vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.
Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən azyaşlı dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, instrumental müayinələr aparılıb və zəruri tibbi xidmətlər göstərilib.
"Təəssüf ki, reanimatoloji tədbirlərə baxmayaraq, azyaşlının iyunun 14-ü saat 02:30 radələrində posthemorragik şok, baş beynin ağır dərəcəli əzilməsi, kəskin ürək-qan dövranı, tənəffüs pozuntuları diaqnozları ilə ölüm faktı qeydə alınıb", - məlumatda vurğulanıb.
Son xəbərlər
10:54
Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə10:51
Tahir Rzayev: "Toxumçuluqda normativ-hüquqi baza beynəlxalq standartlara uyğunlaşdırılmalıdır"
ASK10:50
Azərbaycanın sığorta bazarı 6 %-dən çox böyüyüb
Maliyyə10:49
Foto
Bakıda toxumçuluqla bağlı konfrans keçirilib
ASK10:45
"Formula 2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb
Formula 110:38
FAO: Azərbaycandakı fəaliyyətimiz standart layihələrin çərçivəsini aşır
ASK10:35
Foto
"Formula 1": Bakı Şəhər Halqasında yüzlərlə insan yürüş edib
Formula 110:33
Gürcüstan 2032-ci ilədək nəqliyyat infrastrukturuna 7 milyard dollar yatıracaq
İnfrastruktur10:32
Foto