Bakıda iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır Bakıda iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Akif Hüseynovun cinayət işi üzrə məhkəməsi başlayır.
Hadisə
20 Yanvar , 2022 09:38
Bakıda iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Akif Hüseynovun cinayət işi üzrə məhkəməsi başlayır.

"Report"un xəbərinə görə, iş yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabr ayında Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini A.Hüseynov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçmək istəyən qəsəbə sakinləri - Adil Canatovla Tərlan Şahpələngovu vurulub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi