Bakıda bığ saxlamasına irad bildirən dostunu bıçaqlayan şəxsə hökm oxunub
Hadisə
- 21 dekabr, 2021
- 08:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlayan Aleksandır Labutovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Labutov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin iyul ayında paytaxtın Zığ qəsəbəsində qeydə alınıb.
Belə ki, A.Labutov tanışı Müslüm Qurbanovla birlikdə aptekdən aldıqları 96 faizlik tibbi spirtə su qataraq içiblər. Sərxoş hala düşdükdən sonra M.Qurbanov A.Labutova bığ saxlamasını irad bildirib və qırxmasını tələb edib. Buna etiraz edən A.Labutov dostunu bıçaqlayıb.
Xəstəxanaya çatdırılan M.Qurbanovun həyatını xilas etmək mümkün olub.
Son xəbərlər
00:25
Qalibaf: ABŞ ilə danışıqlarda irəliləyiş İranın 7 şərti razılaşdırılandan sonra mümkündür
Region
00:14
Foto
Macarıstan və ABŞ Avropaya LNG təchizatı ilə bağlı memorandum imzalayıblar
Digər ölkələr
23:59
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - Yenilənib
İnfrastruktur
23:46
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
Xarici siyasət
23:38
Nunyes: Fransada etiraz aksiyalarında 1 193 polis və jandarm xəsarət alıb
Digər ölkələr
23:29
Zelenski: Rusiya ballistik raketlərlə hücuma hazırlaşır
Digər ölkələr
23:21
Foto
Video
Qorçulu kəndində Azərbaycan irsi erməniləşdirilib, sakinlər etnik təmizləməyə məruz qalıb
Daxili siyasət
23:19
Foto
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət siyasəti
23:05
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
Digər ölkələr