Bakıda avtomobilin vurduğu piyada 9 gün sonra xəstəxanada ölüb
Hadisə
- 11 iyul, 2023
- 05:45
Bakıda avtomobilin vurduğu piyada 9 gün sonra xəstəxanada ölüb.
“Report”un xəbərinə görə, hadisə iyulun 2-də paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.
Belə ki, sürücü, 1986-cı il təvəllüdlü Abbasov Rəşad Sahib oğlu idarə etdiyi “Mersedes Benz 180” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan piyada 1947-ci il təvəllüdlü Məmmədov Ağahüseyn Əzizəli oğlunu vurub. Piyada aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. O, iyulun 11-i saat 03:10 dəqiqədə KTM-də vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
Son xəbərlər
10:48
Azərbaycan nefti 4 %-dən çox bahalaşıb
Energetika10:40
Ağstafanın Köhnəqışlaq kəndinə xırda ölçülü dolu düşüb
Ekologiya10:32
Foto
Azərbaycandan Ermənistana dizel yanacağı və gübrənin növbəti partiyası yola salınıb - YENİLƏNİB
Energetika10:27
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci təqribən 10 % artırıb
Biznes10:23
Rəqibin məşqini izləməkdə günahlandırılan "Sauthempton" klubu ilə bağlı araşdırma aparılacaq
Futbol10:18
Foto
İstanbulda başa çatan "SAHA 2026" müdafiə və aviasiya sərgisindən - FOTOSESSİYA
Xarici siyasət10:07
İsrail "Hizbullah"ın 85-dən çox obyektinə zərbələr endirib
Digər ölkələr10:05
Son dörd ayda Azərbaycanda 15 mindən çox şəxsə əlillik təyin olunub
Sosial müdafiə10:02