Bakıda avtomobil 28 yaşlı piyadanı vuraraq ağır xəsarət yetirib

Hadisə
  • 27 may, 2024
  • 20:57
Bakıda avtomobil 28 yaşlı piyadanı vuraraq ağır xəsarət yetirib

Bakının Sabunçu rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Xəlilov İsa Fərman oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və ona dördüncü bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.