Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin məhkəməsi başlayıb

Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin məhkəməsi başlayıb Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt ərazisində qətl törətməkdə təqsirləndirilən Muxtarov İbrahim Nadir oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
2 Dekabr , 2021 11:12
Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt ərazisində qətl törətməkdə təqsirləndirilən Muxtarov İbrahim Nadir oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində qeydə alınıb.

Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, "İnterpol" xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.

İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi