Bakıda 34 yaşlı qadını avtomobil vurub

Hadisə
  • 23 dekabr, 2022
  • 02:17
Bakıda 34 yaşlı qadını avtomobil vurub

Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Hüseynova Gülnar Zahid qızını vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.