Bakıda 30 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Hadisə
  • 28 mart, 2023
  • 04:38
Bakıda 30 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Bakının Nəsimi rayonunda 30 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, 1993-cü il təvəllüdlü Əlicanov Şahmar Şingər oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol dirsək sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.