​“Azərkosmos” ASC-nin Vergilər Nazirliyinə qarşı şikayəti təmin edilməyib

​“Azərkosmos” ASC-nin Vergilər Nazirliyinə qarşı şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb
Hadisə
20 Aprel , 2016 12:25
​“Azərkosmos” ASC-nin Vergilər Nazirliyinə qarşı şikayəti təmin edilməyib

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. “Azərkosmos” ASC-nin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, “Azərkosmos” ASC VN-in departamentini məhkəməyə verib. Şirkət aktın və qərarın ləğv edilməsi barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Qərardan narazı qalan “Azərkosmos” ASC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Son xəbərlər

Orphus sistemi