FHN: Ötən həftə 239 yanğına çıxış olub, 8 nəfər ölüb

Hadisə
  • 02 mart, 2026
  • 09:26
FHN: Ötən həftə 239 yanğına çıxış olub, 8 nəfər ölüb

Azərbaycanda ötən həftə ərzində baş verən hadisələr zamanı 8 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) ötən həftənin xronikasına dair məlumatında qeyd olunub.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 239 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 46 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, hadisələr zamanı 8 nəfər həyatını itirib.

Son xəbərlər

Bütün Xəbər Lenti