Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədrinə və müavininə hökm oxunub

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədrinə və müavininə hökm oxunub Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və həmyaşıdı Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
6 İyun , 2018 10:25
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədrinə və müavininə hökm oxunub
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və həmyaşıdı Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə gərə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib.

Xatırladaq ki, prokuror çıxışında M.Vəliyev və C.Əhmədovun hər birinə 8 il cəza təyin edilməsini və cəzanın 2 il sınaq müddəti olmaqla şərti hesab edilməsini istəmişdi.

Qeyd edək ki, M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə təşkilatın sədr müavinidir. 

Həmin şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 311-ci (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunublar.

Məlumata görə, birliyinin sədri M.Vəliyev Əfqanıstan müharibəsində göstərdiyi şücaətlərə görə “Za boyevıye zasluqi”, “Tərəqqi” medalı ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi