Ağdaşda qadın dəm qazından zəhərlənib

Hadisə
  • 12 dekabr, 2022
  • 05:47
Ağdaşda qadın dəm qazından zəhərlənib

Ağdaş rayonunda qadın dəm qazından zəhərlənib.

Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, rayonun Yuxarı Ləki kənd sakini G.Əliyeva yaşadığı evdə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda o, xəstəxanada müalicə olunur.

Faktla bağlı araşdırma aparılır.