Dövlət ittihamçısı: Ağdamın böyük hissəsinin işğalı nəticəsində 100 mindən çox dinc sakin didərgin salınıb

Dövlət ittihamçısı: Ağdamın böyük hissəsinin işğalı nəticəsində 100 mindən çox dinc sakin didərgin salınıb Ağdam rayonunun böyük hissəsinin işğalı nəticəsində 100 min 574 dinc sakin didərgin salınıb.
Hadisə
7 fevral 2025 19:05
Dövlət ittihamçısı: Ağdamın böyük hissəsinin işğalı nəticəsində 100 mindən çox dinc sakin didərgin salınıb

Ağdam rayonunun böyük hissəsinin işğalı nəticəsində 100 min 574 dinc sakin didərgin salınıb.

"Report" xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.

Qeyd olunub ki, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 31 min 736 əmlak üzrə 3,7 milyard manatdan artıq maddi ziyan vurulub.

Xatırladaq ki, fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Son xəbərlər

Orphus sistemi