Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimə edilib

Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimə edilib Abşeron rayonu Ceyranbatan qəsəbəsində ətraf mühiti məişət tullantıları ilə çirkləndirən mebel sexinin sahibi cərimə edilib.
Hadisə
2 Dekabr , 2023 05:35
Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimə edilib

Abşeron rayonu Ceyranbatan qəsəbəsində ətraf mühiti məişət tullantıları ilə çirkləndirən mebel sexinin sahibi cərimə edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsi və ETSN-nin Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti tədbir zamanı Ceyranbatan qəsəbəsində yerləşən mebel sexlərindən birində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Abşeron rayonunda qeyd edilən faktların aşkar edilməsi istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi