Abşeronda 59 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
Hadisə
- 01 may, 2022
- 06:42
Aprelin 30-u saat 23 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 1963-cü il təvəllüdlü Gülağa Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan "Report"a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən qəsəbə sakini 1993-cü il təvəllüdlü Zamir Ağaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülağa Əliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Zamir Ağaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Son xəbərlər
23:13
Makron ABŞ-nin Qrenlandiya ilə bağlı tariflərin tətbiqini qəbuledilməz adlandırıb
Digər ölkələr23:05
Foto
Bakıda "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub
İncəsənət23:02
İsrail ordusu Qəzzada HƏMAS-ın bir neçə komandirinin məhv edildiyini açıqlayıb
Digər ölkələr22:52
Suriya ordusunun bölmələri Tabqaya daxil olaraq silahlı dəstələri mühasirəyə alıb
Digər ölkələr22:33
Tramp: İrana yeni rəhbər axtarmağın vaxtı çatıb
Digər ölkələr22:18
Avstriyanın Alp dağlarında qar uçqunları nəticəsində beş nəfər həlak olub
Digər ölkələr21:59
Rusiya Xarkovun kritik infrastrukturlarına zərbə endirib
Digər ölkələr21:46
Ançelottinin "Real Madrid"in "Levante"yə qarşı oyununda görünməsi şayiələrə səbəb olub
Futbol21:41