"Yuventus" Ronaldunu satış siyahısına saldı
Futbol
- 06 aprel, 2020
- 11:17
Kriştianu Ronaldu
İtaliyanın "Yuventus" klubu ulduz futbolçusu Kriştianu Ronaldunu satılacaq futbolçuların siyahısına əlavə edib.
"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi koronavirusa görə yaranan iqtisadi problemləri bu yolla aradan qaldırmaq niyyətindədir. Ölkə çempionu 35 yaşlı Ronaldunu da satmağı planlaşdırır.
Portuqaliyalı forvardın sabiq komandası İspaniya "Real Madrid"inə qayıdacağı iddia edilir. Ronaldunun 30 milyon avroluq maaşından xilas olmaq istəyən "Yuventus" onu 60 milyon avroya satmaq istəyir.
Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm “Yuventus” forması ilə 32 oyuna çıxıb. O, 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.
Son xəbərlər
07:53
İran Yaxın Şərqdəki Amerika universitetlərini vurmaqla hədələyib
Region07:09
"Aluminium Bahrain" şirkəti İrandan obyektlərinə hücum edildiyini təsdiqləyib
Digər ölkələr06:38
WP: Pentaqon İranda həftələrlə davam edəcək quru əməliyyatlara hazırlaşır
Digər ölkələr06:15
Karol Navrocki ABŞ-də Aİ-nin siyasətini tənqid edib
Digər ölkələr05:41
Kim Çen In Şimali Koreyanın xüsusi təyinatlı qüvvələrini yoxlayıb
Digər ölkələr05:13
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Fərdi04:48
Makron Bərzaniyə zəng edərək dəstəyini bildirib
Digər ölkələr04:09
Sorğu: Jey Di Vens Trampın varisləri arasında liderdir
Digər ölkələr03:41