UEFA Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb

UEFA Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb UEFA Avropa Liqasında həftənin rəmzi komandasını açıqlayıb.
Futbol
19 Aprel , 2019 16:28
UEFA Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb

UEFA Avropa Liqasında həftənin rəmzi komandasını açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarının yekunlarına əsasən tərtib edilən “11-lik”də “Valensiya” (İspaniya) 4, “Ayntraxt” (Almaniya) 3, “Çelsi” (İngiltərə) və “Slaviya” (Çexiya) hərəyə 2 futbolçu ilə təmsil olunur. 

Qapıçı: Norberto Murara Neto (“Valensiya”)

Müdafiəçilər: Danni da Kosta (“Ayntraxt”), Muktar Diakabi, Antonio Latorre (hər ikisi “Valensiya”)

Yarımmüdafiəçilər: Makoto Hasebe, Filip Kostiç (hər ikisi “Ayntraxt”), Tomaş Suçek, Petr Şevçik (hər iksi “Slaviya”), Daniel Parexo (“Valensiya”)

Hücumçular: Pedro Rodriges, Olivye Jiru (“Çelsi”)

Qeyd edək ki, Avropa Liqasının yarımfinalında “Arsenal” – “Valensiya” və “Ayntraxt” – “Çelsi” duelləri olacaq.

Son xəbərlər

Orphus sistemi