Türkiyə dünya çempionları ilə heç-heçə edib, Ukrayna AVRO-2020-yə vəsiqə qazanıb

Türkiyə dünya çempionları ilə heç-heçə edib, Ukrayna AVRO-2020-yə vəsiqə qazanıb Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçirilib.
Futbol
15 Oktyabr , 2019 00:44

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçirilib.

"Report"un məlumatına görə, VIII turun ikinci oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunub. Gecənin mərkəzi qarşılaşmasında Türkiyə Fransa ilə 1:1 hesablı heç-heçəyə nail olub. 

Ukrayna isə Portuqaliyaya qalib gələrək, final mərhələsinə vəsiqə qazanıb.

İngiltərə səfərdə Bolqarıstana 6:0 hesabı ilə qalib gəlsə də, final mərhələsinə vəsiqəni hələ təmin edə bilməyib. Kosovo isə Monteneqronu yenərək, A qrupunda 2-ci yer uğrunda mübarizəsini davam etdirib.

AVRO-2020

Seçmə mərhələ, VIII tur

14 oktyabr

A qrupu

22:45. Kosovo – Monteneqro - 2:0

Qollar: Amir Rrahmani, 10. Vedat Muriç, 35

22:45. Bolqarıstan - İngiltərə - 0:6

Qollar: Markus Reşford, 7. Ross Barkli, 20; 32. Rahim Sterlinq, 45+3; 69. Harri Keyn, 85

Xal durumu: İngiltərə - 15 xal (6 oyuna), Çexiya - 12 (6), Kosovo - 11 (6), Monteneqro - 3 (7), Bolqarıstan - 3 (7)

B qrupu

22:45. Ukrayna – Portuqaliya - 2:1

Qollar: Roman Yaremçuk, 6. Andrey Yarmolenko, 27 - Kriştianu Ronaldu, 72 (pen.)

Qırmızı vərəqə: Taras Stepanenko, 72 (Ukrayna)

22:45. Litva – Serbiya - 1:2

Qollar: Donatas Kazlauskas, 79 - Aleksandar Mitroviç, 49; 53

Xal durumu: Ukrayna - 19 xal (7 oyuna), Portuqaliya - 11 (6 oyuna), Serbiya - 10 (6), Lüksemburq - 4 (6), Litva 1 (7)

H qrupu

22:45. Moldova – Albaniya - 0:4

Qollar: Sokol Çikalleşi, 22. Keydi Bare, 34. Lorents Traşi, 40. Rey Manay, 90

22:45. İslandiya – Andorra - 2:0

Qollar: Arnor Siqurdsson, 38. Kolbeynn Siqtorsson, 65

İstifadə olunmamış penalti: Gilfi Siqurdsson, 73 (İslandiya)

22:45. Fransa – Türkiyə - 1:1

Qollar: Olivye Jiru, 76 - Kaan Ayhan, 81

Xal durumu: Türkiyə - 19 xal (8 oyuna), Fransa - 19 (8), İslandiya - 15 (8), Albaniya - 12 (8), Andorra - 3 (8), Moldova - 3 (8).

Son xəbərlər

Orphus sistemi