"Real Madrid"in kapitanı komandadan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib
Futbol
- 30 may, 2019
- 16:16
İspaniya təmsilçisi "Real Madrid"in kapitanı Serxio Ramos komandadan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.
"Report"un məlumatına görə, 33 yaşlı futbolçu təşkil olunan mətbuat kofransında komandada qalacağını söyləyib.
Təcrübəli müdafiəçi karyerasını hazırkı klubunda bitirmək istədiyini deyib: "Klubun prezidenti Florentino Peres ilə heç vaxt problemim olmayıb. Onunla əlaqəmiz ata və oğul kimidir. İqtisadi məsələlərdən isə danışmırıq. Əməkhaqqı mənim üçün əhəmiyyətli deyil. "Real Madrid" üçün pulsuz da oynamağa hazıram. Düzdür, Çindən mənə təklif olub. Yalan danışmayacağam".
Qeyd edək ki, İspaniya mətbuatı daha öncə Serxio Ramosun komandadan ayrılmaq istədiyini yazıb. O, 2005-ci ildən Madrid təmsilçisinin formasını geyinir.
Son xəbərlər
00:21
Ərzurumda TIR ilə avtomobil toqquşub: Ölənlər var
Region00:00
Türkiyəli məşqçi səhhəti ilə bağlı "Gəncə" klubundan ayrılıb
Komanda23:50
Bessent: Tramp FES rəhbəri vəzifəsinə namizədi məhkəməyə verə biləcəyini zarafatla deyib
Digər ölkələr23:50
Foto
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
Fərdi23:34
"Azərreyl" heyətinə braziliyalı voleybolçu cəlb edib
Komanda23:23
Foto
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
Digər23:14
Rusiya Ermənistana nüvə sənayesində hərtərəfli əməkdaşlıq təklif edib
Region23:03
Foto
Azərbaycan çempionatı: Sərbəst güləşdə ilk medalçılar müəyyənləşib
Fərdi22:56