XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Fərdi
  • 06 fevral, 2026
  • 23:50
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbir İtaliyanın Milan şəhərindəki "San-Siro" stadionunda təşkil olunub.

Mərasim İtaliyanın zəngin tarixi və mədəni irsini əks etdirən bədii proqramla başlayıb. Arenada ölkənin müxtəlif bölgələrinə xas milli rəqslər nümayiş olunub, ənənəvi musiqi səsləndirilib. Səhnə tərtibatında Alp dağlarının, İtaliya memarlığının və qış mövsümünü simvolizə edən elementlərin yer aldığı vizual kompozisiyalar təqdim edilib.

Açılış şousunda müasir texnologiyalarla yanaşı, İtaliya xalqının milli kimliyini xatırladan səhnələr xüsusi diqqət çəkib. Tamaşaçılara lazer effektləri, işıq şouları və kütləvi rəqs kompozisiyaları nümayiş etdirilib.

Daha sonra iştirakçı ölkələrin idmançılarının paradı baş tutub. Azərbaycan yığmasının üzvləri də arenaya daxil olublar. Komanda iki idmançının daşıdığı Azərbaycan bayrağı altında tribunalara təqdim edilib.

Azərbaycan millisinin bayraqdarları fiqurlu konkisürən Vladimir Litvintsev və dağ xizəyi üzrə idmançı Anastasiya Papatoma olub. İdmançıların stadiona çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Olimpiada fevralın 4-də qarışıq cütlüklərin körlinq turniri ilə başlayıb. Qadınların hokkey turniri 5 fevralda start götürüb.

İtaliyada 16 idman növü üzrə 116 medal uğrunda mübarizə baş tutacaq ki, bu da əvvəlki - 2022-ci il Pekin Qış Olimpiya Oyunlarından yeddi medal çoxdur. Skeleton növü üzrə qarışıq komanda yarışları, sərbəst xizəksürmə üzrə kişilər və qadınlar arasında "moqul" yarışları və digər növlər əlavə edilib, lakin dağ xizəyi üzrə qarışıq komanda yarışları keçirilməyəcək. Xizək alpinizmi Olimpiya proqramında kişilər və qadınlar sprintləri, eləcə də komanda yarışlarını əhatə edən yeni yarışdır.

Azərbaycan təmsilçilərindən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom (giant slalom), 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.

Yarışa fevralın 22-də yekun vurulacaq.

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.

"Report"un məlumatına görə, açılış mərasimi İtaliyanın Milan şəhərindəki "San-Siro" stadionunda təşkil olunur.

Mərasim İtaliyanın zəngin tarixi və mədəni irsini əks etdirən bədii proqramla başlayıb. Arenada ölkənin müxtəlif bölgələrinə xas milli rəqslər nümayiş olunub, ənənəvi musiqi səsləndirilir. Səhnə tərtibatında Alp dağlarının, İtaliya memarlığının və qış mövsümünü simvolizə edən elementlərin yer aldığı vizual kompozisiyalar təqdim edilir.

Açılış şousunda müasir texnologiyalarla yanaşı, İtaliya xalqının milli kimliyini xatırladan səhnələr xüsusi diqqət çəkib. Tamaşaçılara lazer effektləri, işıq şouları və kütləvi rəqs kompozisiyaları nümayiş etdirilir.

Qeyd edək ki, Olimpiada fevralın 4-də qarışıq cütlüklərin körlinq turniri ilə başlayıb. Qadınların hokkey turniri 5 fevralda start götürüb.

İtaliyada 16 idman növü üzrə 116 medal uğrunda mübarizə baş tutacaq ki, bu da əvvəlki - 2022-ci il Pekin Qış Olimpiya Oyunlarından yeddi medal çoxdur. Skeleton növü üzrə qarışıq komanda yarışları, sərbəst xizəksürmə üzrə kişilər və qadınlar arasında "moqul" yarışları və digər növlər əlavə edilib, lakin dağ xizəyi üzrə qarışıq komanda yarışları keçirilməyəcək. Xizək alpinizmi Olimpiya proqramında kişilər və qadınlar sprintləri, eləcə də komanda yarışlarını əhatə edən yeni yarışdır.

Azərbaycan təmsilçilərindən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom (giant slalom), 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti