Ronaldu mehmanxanalarını pulsuz xəstəxanalara çevirəcək - FOTO

Ronaldu mehmanxanalarını pulsuz xəstəxanalara çevirəcək - FOTO Yuventus” futbol komandasının hücumçusu Kriştianu Ronaldu Portuqaliyadakı mehmanxanalarını pulsuz xəstəxanalar kimi istifadəyə verəcək.
Futbol
15 mart 2020 06:47
Ronaldu mehmanxanalarını pulsuz xəstəxanalara çevirəcək - FOTO

"Yuventus” futbol komandasının hücumçusu Kriştianu Ronaldu Portuqaliyadakı mehmanxanalarını pulsuz xəstəxanalar kimi istifadəyə verəcək.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, portuqaliyalı xəstəxanalarda işləyəcək həkimlərə və digər işçilərə maaş da verəcək.

Qeyd edək ki, Ronaldu onunla eyni klubun üzvü olan Daniele Ruqanidə təsdiq edilmiş koronavirusa yoluxmaya görə Turinə (İtaliyaya) qayıtmamağa qərar verib.

İtaliyanın Milli Olimpiya komitəsi A seriyasının matçları da daxil olmaqla, 3 aprelə qədər ölkədə bütün idman yarışlarının keçirilməsinə qadağa qoyub.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çində qeydə alınıb.

Portuqaliya dünya çempionatında Hindistan üzərində böyük hesablı qələbə qazanıb

Portuqaliya dünya çempionatında Hindistan üzərində böyük hesablı qələbə qazanıb Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda növbəti görüş baş tutub.
Futbol
25 may 2025 16:17
Portuqaliya dünya çempionatında Hindistan üzərində böyük hesablı qələbə qazanıb

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda növbəti görüş baş tutub.

“Report” xəbər verir ki, Portuqaliya yığması Hindistan üzərində böyük hesablı qələbə qazanıb.

Milli Gimnastika Arenasında baş tutan görüş Avropa təmsilçisinin 8:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Foto: Samirə Həsənova

Çad Minifutbol Federasiyasının prezidenti Bakıdakı mundialın təşkilatçılığını yüksək qiymətləndirib

Çad Minifutbol Federasiyasının prezidenti Bakıdakı mundialın təşkilatçılığını yüksək qiymətləndirib Çad Minifutbol Federasiyasının prezidenti Mahamat İssak Soqa Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının açılış mərasimini yüksək qiymətləndirib.
Futbol
25 may 2025 15:34
Çad Minifutbol Federasiyasının prezidenti Bakıdakı mundialın təşkilatçılığını yüksək qiymətləndirib

Çad Minifutbol Federasiyasının prezidenti Mahamat İssak Soqa Bakıda keçirilən dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirib.

O, bunu “Report”a açıqlamasında deyib.

Qurum rəhbəri Azərbaycan millisinin finala yüksələcəyinə inanır:

“Təşkilatçılıq əladır. Çünki 32 komanda var və bu həm də ölkələr arasında münasibət qurmaq baxımından yaxşıdır. Həmçinin Azərbaycanda keçirilən dünya çempionatının açılış mərasimi son dörd yarışda ən yaxşılarından biri idi. Ümidvarıq ki, sona qədər belə davam edəcək və Azərbaycan finala yüksələcək. Niyə də olmasın? Çünki təşkilatçı ölkədir”.

O, komandanın çıxışına da toxunub:

“Oyun bir az çətin keçdi. 0:3 hesabı ilə uduzduq. 1/8 finala çıxmaq üçün heç-heçə və ya qələbə gözləyirdik. Amma çox təəssüf ki, Özbəkistan həm ruh, həm də dözümlülük baxımından bizdən üstün idi. Növbəti dəfə əlimizdən gələni edəcəyik. Bir neçə şansımız oldu, ancaq qol vura bilmədik. Bu futboldur. Fürsəti boşa verirsənsə, məğlub ola bilərsən”.

Sloveniya millisi dünya çempionatında Bəhreynə məğlub olub

Sloveniya millisi dünya çempionatında Bəhreynə məğlub olub Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda daha bir matç keçirilib.
Futbol
25 may 2025 14:55
Sloveniya millisi dünya çempionatında Bəhreynə məğlub olub

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda daha bir matç keçirilib.

“Report” xəbər verir ki, A qrupunda Sloveniya millisi Bəhreynə məğlub olub.

Milli Gimnastika Arenasında baş tutan görüş Bəhreyn komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qrupda yer alan Azərbaycan yığması saat 19:30-da Mavritaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün keçirilən digər matçda Özbəkistan yığması Çadı (3:0) məğlub edib.

Foto: Samirə Həsənova

Özbəkistan millisinin üzvü: "Bakıda dünya çempionatı ideal təşkil olunub"

Özbəkistan millisinin üzvü: "Bakıda dünya çempionatı ideal təşkil olunub" Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında qrup mərhələsinin III turunda Çadı məğlub edən Özbəkistan yığmasının futbolçusu Azizbek Temirov qələbəni dəyərləndirib.
Futbol
25 may 2025 14:39
Özbəkistan millisinin üzvü: Bakıda dünya çempionatı ideal təşkil olunub

Özbəkistan yığmasının futbolçusu Azizbek Temirov Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Çad üzərində qazandıqları qələbəni və təşkilatçılığı dəyərləndirib.

O, “Report”a açıqlamasında 3:0 hesablı qələbəyə baxmayaraq, görüşün çox çətin keçdiyini bildirib.

Matçın ən yaxşısı seçilən futbolçu növbəti qələbə qazandıqları üçün şad olduğunu söyləyib:

“Üçüncü oyun bizim üçün mühüm idi. Görüş çox çətin keçdi. Buna baxmayaraq, qələbə qazandıq. Komanda və mənim üçün sevindirici haldır. Komandamız yaxşı oyunçulardan təşkil olunub. Bu futbolçuların Özbəkistan yığmasını daha yüksək yerlərə daşıyacağına inanıram”.

“Təşkilatçılıq idealdır. Ab-hava, hər şey çox əladır”, - deyə futbolçu əlavə edib.

Qeyd edək ki, Özbəkistan millisi qrup mərhələsinin son turunda Çadı 3:0 hesabı ilə üstələyib.

Minifutbol üzrə dünya çempionatının qrup mərhələsində III tura start verilib

Minifutbol üzrə dünya çempionatının qrup mərhələsində III tura start verilib Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsində III tura start verilib.
Futbol
25 may 2025 13:43
Minifutbol üzrə dünya çempionatının qrup mərhələsində III tura start verilib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinin III turuna start verilib.

“Report”un məlumatına görə, B qrupunda Özbəkistan yığması Çad komandası ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan görüş Asiya təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:0.

Qeyd edək ki, bu gün daha 7 görüş keçiriləcək.


Foto: Samirə Həsənova

Erik ten Haq Almaniya klubu ilə anlaşıb

Erik ten Haq Almaniya klubu ilə anlaşıb İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş baş məşqçisi Erik ten Haq Almaniya təmsilçisi “Bayer 04”lə anlaşıb.
Futbol
25 may 2025 12:12
Erik ten Haq Almaniya klubu ilə anlaşıb

İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş baş məşqçisi Erik ten Haq Almaniya təmsilçisi “Bayer 04”lə anlaşıb.

“Report”un "The Athletic"ə istinadən məlumatına görə, niderlandlı mütəxəssis bazar ertəsi Leverkuzen komandası ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayacaq.

Daha əvvəl “Bayer 04” Xabi Alonsonun cari mövsümün sonunda baş məşqçi postunu tərk edəcəyini açıqlamışdı.

Qeyd edək ki, 55 yaşlı məşqçi İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazandığı "Mançester Yunayted"dən ayrıldıqdan sonra 2024-cü ilin oktyabrından işsizdir.

Messi cərimə zərbələrindən vurduğu qolların sayına görə Ronaldinyonu ötüb

Messi cərimə zərbələrindən vurduğu qolların sayına görə Ronaldinyonu ötüb ABŞ-nin "İnter Mayami"nin hücumçusu Lionel Messi cərimə zərbələrindən vurduğu qolların sayına görə (67) keçmiş komanda yoldaşı Ronaldinyonu (66) ötüb.
Futbol
25 may 2025 11:23
Messi cərimə zərbələrindən vurduğu qolların sayına görə Ronaldinyonu ötüb

ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi cərimə zərbələrindən vurduğu qolların sayına (67) görə keçmiş komanda yoldaşı Ronaldinyonu (66) ötüb.

“Report” “DSports”a istinadən xəbər verir ki, 37 yaşlı argentinalı futbolçu bunu MLS-də “Filadelfiya” ilə matçda reallaşdırıb.

Argentina yığmasının üzvü 3:3 bitən matçda 87-ci dəqiqədə cərimə zərbəsindən fərqlənib.

Qeyd edək ki, Messi hazırda cərimə zərbələrindən vurulan qolların sayına görə Juninyo Pernambukano (77) və Peledən (70) geri qalır. Devid Bekhem (65) beşinci, Kriştianu Ronaldu (64) isə altıncıdır.

UEFA-nın dəstəyi ilə Bakıda futbol festivalı keçirilib

UEFA-nın dəstəyi ilə Bakıda futbol festivalı keçirilib UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə 5-8 yaşlı qız futbolçular üçün “ASCO Arena”da “Playmakers” layihəsi çərçivəsində futbol festivalı keçirilib.
Futbol
25 may 2025 11:04
UEFA-nın dəstəyi ilə Bakıda  futbol festivalı keçirilib

UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə 5-8 yaşlı qız futbolçular üçün “ASCO Arena”da “Playmakers” layihəsi çərçivəsində futbol festivalı keçirilib.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, festivalda Azərbaycan üzrə fəaliyyət göstərən 25 “Playmakers” mərkəzindən 80 qız və onların məşqçi-müəllimləri iştirak ediblər.

Tədbir zamanı təşkil edilən futbol oyunları və estafetlər qızlara həm bacarıqlarını göstərmək, həm də futbolu sevərək öyrənmək imkanı yaradıb. Onlar meydanda həm öyrənib, həm də əyləniblər.

“Playmakers” festivalı uşaqlar üçün yalnız futbol meydançasında deyil, eyni zamanda özünəinam, sosial bacarıq və dostluq əlaqələrinin qurulması üçün əhəmiyyətli mühit yaradıb. Müxtəlif mərkəzlərdən gələn iştirakçıların birlikdə oynamaları proqramın inklüziv və birləşdirici ruhunu əks etdirib. Tədbirin sonunda AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov tərəfindən bütün iştirakçılara xüsusi sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Playmakers” layihəsi UEFA və “Disney”in birgə əməkdaşlığı ilə hazırlanmış, 5–8 yaşlı qız uşaqları üçün nəzərdə tutulmuş unikal tədris və idman proqramıdır. Layihənin təşkilində əsas məqsəd uşaqlarda futbola maraq yaratmaq, onların özünəinamını artırmaq, komanda ruhunu və fiziki inkişafını dəstəkləməkdir. Məşqlər əyləncəli hekayələr və oyunlar əsasında keçirilir ki, bu da uşaqların futbola marağını artırır və onların erkən yaşdan bu idman növünə cəlb olunmasını asanlaşdırır. Layihə 2022-ci ildən etibarən AFFA-nın təşkilatçılığı ilə ölkə üzrə tətbiq olunur.

Hazırda proqram ölkənin müxtəlif regionlarını əhatə edir və qadın futbolunun inkişafı üçün strateji platformalardan biri hesab olunur.

Xavi Səudiyyə Ərəbistanı klubundan rəsmi təklif alıb

Xavi Səudiyyə Ərəbistanı klubundan rəsmi təklif alıb İspaniyanın "Barselona" klubunun sabiq baş məşqçisi Xavi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Futbol
25 may 2025 10:44
Xavi Səudiyyə Ərəbistanı klubundan rəsmi təklif alıb

İspaniyanın "Barselona" klubunun sabiq baş məşqçisi Xavi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Report"un "Foot Mercato"ya istinadən məlumatına görə, 45 yaşlı mütəxəssis "Əl-Əhli" klubundan rəsmi təklif alıb.

Hazırda komandanın baş məşqçisi Mattias Yayssledir. Lakin rəhbərlik mövsüm başa çatdıqdan sonra almaniyalı mütəxəssislə yolları ayırmağı düşünür.

Səudiyyə Ərəbistanı çempionatında beşinci yerdə olan komanda həmçinin Asiya Çempionlar Liqasının qalibi adını qazanıb.

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrında "Barselona"dan ayrılıb. 45 yaşlı mütəxəssis ötən ilin yayından işsizdir.

“Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib

“Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib “Neftçi”nin futbolçusu Azər Salahlı Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. Onun yubileyi Misli Premyer Liqasının XXXVI turuna təsadüf edib.
Futbol
25 may 2025 09:51
“Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib

“Neftçi”nin futbolçusu Azər Salahlı Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

"Report"un Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə onun yubileyi Misli Premyer Liqasının XXXVI turuna təsadüf edib.

31 yaşlı müdafiəçi “Sabah”la səfər görüşünə (0:1) start heyətində çıxıb. Azər 200 matçda 9 qola imza atıb.

2013/2014 mövsümündə “İnter”in (indiki “Şamaxı”) futbolçusu kimi Premyer Liqada debüt edən Salahlı 4 klubun formasını geyinib. O, “Neftçi”də 77 (3 qol), “Şamaxı”da 62 (4 qol), “Sumqayıt”da 55 (2 qol), “Qarabağ”da 6 oyun keçirib.

Qeyd edək ki, Azər Salahlı ölkə çempionatları tarixində 200 və ya daha çox matçda iştirak edən 155-ci futbolçudur.

 “Qarabağ” tarixinin rekordunu təkrarlayıb

 “Qarabağ” tarixinin rekordunu təkrarlayıb “Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.
Futbol
25 may 2025 09:49
 “Qarabağ” tarixinin rekordunu təkrarlayıb

“Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Misli Premyer Liqasının 2024/2025 mövsümündə 28-ci qələbəsini qazanıb.

Qurban Qurbanovun yetirmələri sonuncu – XXXVI turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.

Bu, Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. 12 qat ölkə çempionu iki il əvvəl – 2022/2023 mövsümündə də 28 qələbə əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.

“Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu təkrarlayıb

“Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu təkrarlayıb “Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu da təkrarlayıb.
Futbol
25 may 2025 09:46
“Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu təkrarlayıb

“Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu təkrarlayıb.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 2024/2025 mövsümündəki son oyununda, səfərdə “Səbail” üzərində böyükhesablı qələbə sayəsində reallaşıb.

4:1 hesabı ilə qalib gələn “gənclik şəhəri” təmsilçisi tarixində 5-ci dəfə rəqib meydanındakı çempionat matçında 3 top fərqi ilə üstün olub.

Sumqayıtın eyniadlı təmsilçisi səfərdəki bütün böyükhesablı qələbələrini eyni fərqlə əldə edib. Komanda əvvəlki mövsümlərdə “Kəpəz”i (2017/2018) 3:0, “Sabah” (2018/2019), “Səbail” və “Turan Tovuz”u (hər ikisi 2023/2024) eyni - 4:1 hesabı ilə məğlub edib.

“Kimyaçılar” həm də qələbəsiz oyunlar seriyasına son qoyub. XXVII turda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edən sumqayıtlılar IV dövrədə ilk dəfə qalib gəliblər. Bunadək 8 matçda qələbə qazanmayan komanda 2 heç-heçə edib və 6 dəfə uduzmuşdu.

“Real” klubunun futbolçusu iki rekorda imza atıb

“Real” klubunun futbolçusu iki rekorda imza atıb İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe iki rekorda imza atıb.
Futbol
25 may 2025 09:24
“Real” klubunun futbolçusu iki rekorda imza atıb

İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe iki rekorda imza atıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bunu ötən gün La Liqanın XXXIV turunda “Real Sosyedad”la matçda reallaşdırıb.

Fransalı hücumçu debüt mövsümündə "Real"ın heyətində bütün yarışlarda 43 qol vurub ki, bu da yeni klub rekordu kimi qeyd alınıb. Daha əvvəl bu nailiyyət sabiq çilili hücumçu İvan Samoranoya (37) məxsus idi.

Həmçinin K.Mbappe La Liqada vurduğu 31 qolla analoji rekorda imza atıb. Əvvəlki rekordun sahibi 27 qolla Alfredo Di Stefano idi.

Qeyd edək ki, qarşılaşma Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qola K.Mbappe imza atıb.

Premyer Liqa: 2024/2025 mövsümünə bu gün yekun vurulacaq

Premyer Liqa: 2024/2025 mövsümünə bu gün yekun vurulacaq Misli Premyer Liqasında 2024/2025 mövsümünə bu gün iki oyunla yekun vurulacaq.
Futbol
25 may 2025 09:00
Premyer Liqa: 2024/2025 mövsümünə bu gün yekun vurulacaq

Misli Premyer Liqasında 2024/2025 mövsümünə bu gün iki oyunla yekun vurulacaq.

“Report”un məlumatına görə, əvvəlcə “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə qarşılaşacaq.

Tovuz şəhər stadionunda baş tutacaq və FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 17:00-da start götürəcək. Turnir cədvəlinin 4-cü pilləsində yer alan Tovuz klubunun 52 xalı var. “Kəpəz” isə 32 xalla doqquzuncu yerdədir. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv mövsümü hazırda olduğu yerdə başa vuracaq. Gəncə təmsilçisinin isə bir pillə irəliləmək şansı var.

Mövsümün son matçı “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan”la “Zirə” arasında baş tutacaq. Cavid Cəlilovun idarə edəcəyi görüş saat 19:30-da başlayacaq. Hazırda 71 xala malik “Zirə”nin bu matçın nəticəsindən asılı olmayaraq mövsümü ikinci yerdə bitirəcəyi dəqiqləşib. Həmçinin 58 xalla üçüncü yerdə qərarlaşan Naxçıvan təmsilçisinin də mövqeyi dəyişməyəcək.

Misli Premyer Liqası

IV dövrə, XXXVI tur

25 may

17:00. “Turan Tovuz” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: İlham Əliyev.

Tovuz şəhər stadionu

19:30. “Araz-Naxçıvan” – “Zirə”

Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

“Liv Bona Dea Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ", "Şamaxı"nı (1:0), “Sabah” isə “Neftçi”ni (1:0) məğlub edib.

Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi növbəti matçına çıxacaq

Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi növbəti matçına çıxacaq Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsində III tura start veriləcək.
Futbol
25 may 2025 07:30
Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi növbəti matçına çıxacaq

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsində III tura start veriləcək.

“Report”un məlumatına görə, Azərbaycan millisi də növbəti matçına çıxacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu komanda Mavritaniya yığması ilə qarşılaşacaq. Bu gün həmçinin Türkiyə millisi də meydana çıxacaq. Qardaş ölkə təmsilçisi İngiltərə yığması ilə üz-üzə gələcək.

Dünya çempionatı

Qrup mərhələsi

III tur

25 may

A qrupu

14:00. Bəhreyn - Sloveniya
19:30. Azərbaycan - Mavritaniya

B qrupu

12:45. Özbəkistan - Çad
22:00. Rumıniya - Fransa

C qrupu

16:30. Macarıstan - Ukrayna
18:15. Türkiyə - İngiltərə

D qrupu

15:15. Hindistan - Portuqaliya
20:45. Slovakiya - Bolqarıstan

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi