"Qarabağ" Bolqarıstan yığmasının futbolçusu ilə 3 illik müqavilə bağlayıb - YENİLƏNİB

"Qarabağ" Bolqarıstan yığmasının futbolçusu ilə 3 illik müqavilə bağlayıb - YENİLƏNİB Yeni transfer artıq Avstriyadadır
Futbol
5 İyul , 2018 12:45
Qarabağ Bolqarıstan yığmasının futbolçusu ilə 3 illik müqavilə bağlayıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ "Qarabağ" klubu Bolqarıstan milli komandasının futbolçusu Simeon Slavçev ilə 3 illik müqavilə imzalayıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi artıq Ağdam təmsilçisinin Avstriyada davam edən təlim-məşq toplanışındadır.

Slavçev peşəkar karyerasına 2010-cu ildə ölkəsinin “Liteks” klubunda başlayıb və 4 il burada forma geyindikdən sonra Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon”, son olaraq isə Polşanın “Lexiya” (Qdansk) klubunda çıxış edib.

Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Slavçev 2013-cü ildən əsas milli komandaya dəvət alır.


*** 11:07

"Qarabağ" klubu Bolqarıstan yığmasının və Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Simeon Slavçevlə müqavilə bağlayıb. 

"Report" xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin keçidi klubun rəsmi saytı vasitəsilə açıqlanıb. Lakin müqavilənin detalları hələlik məlum deyil. 

Qeyd edək ki, 2014-cu ildən "Sportinq"də çıxış edən Simeon Slavçev icarə əsasında İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarının formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi