Premyer Liqa: "Neftçi" "Keşlə" ilə heç-heçə edib

Premyer Liqa: "Neftçi" "Keşlə" ilə heç-heçə edib Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Futbol
22 Sentyabr , 2019 20:23
Premyer Liqa: Neftçi Keşlə ilə heç-heçə edib
Foto: "Report"

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, həftənin üçüncü matçında "Neftçi" "Keşlə"ni qəbul edib. 

"Bakcell Arena"da baş tutan görüşün ilk yarısında hesab açılmayıb. Birinci hissədə əsas diqqət çəkən məqam meydan sahiblərinin azlıqda qalması olub. "Ağ-qaralar"ın yeni transferi Donald Gerye 34-cü dəqiqə ikinci dəfə sarı vərəqə alıb və meydanı tərk edib.

Qarşılaşmanın ikinci hissəsində də tarazlıq pozulmadığından tərəflər 1 xalla kifayətləniblər.

Xalını 7-ə çatdıran "Keşlə" "Zirə" ilə 3-4-cü yerləri bölüşür. "Neftçi" isə 5 xalla 6-cı yerdədir.

Qeyd edək ki, ilk oyun günündə "Sumqayıt" "Sabah"ı 1:0 hesabı ilə məğlub edib. "Səbail" isə evdə "Qəbələ" ilə bərabərə qalıb - 1:1. Tura sabah keçiriləcək "Zirə" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi