Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Region
  • 08 noyabr, 2026
  • 10:02
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşılıb.

"Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Vətən torpağı uğrunda canlarından keçən bütün qəhrəmanları dərin hörmət və ehtiramla anırıq", - paylaşımda qeyd olunub.

44 filmi