MOİK Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb
Futbol
- 12 aprel, 2019
- 13:10
Futbol üzrə Azərbaycan I Divizionda çıxış edən MOİK klubu Premyer Liqaya vəsiqə qazanıb.
“Report”un məlumatına görə, “hərbiçilər” XXII turda evdə “Keşlə-2”ni 2:1 hesabı ilə məğlub etməklə bunu rəsmiləşdirib.
Bu qələbə sayəsində xalını 56-ya çatdıran MOİK 42 xalla 3-cü pillədə qərarlaşan “Zaqatala” üçün əlçatmaz olub. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv 2019/2020 mövsümündə Premyer Liqada yer almaq üçün lisenziyalaşdırma prosesi çərçivəsində tələb olunan bütün sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna təqdim etməlidir.
Qeyd edək ki, MOİK elitaya vəsiqəni təmin etsə də, çempionluq mübarizəsi hələ dava edir. Çünki 2-ci yerdəki “Sumqayıt-2” 50 xala malikdir.
Son xəbərlər
07:21
Ərdoğan icra hakimiyyəti orqanlarında kadr dəyişikliyi edib
Region06:53
Çin Tayvanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr06:22
Venesuelada yeddi günlük matəm elan edilib
Digər ölkələr05:56
Kamçatkada 5 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr05:28
"Mançester Siti" Antuan Semenyonun transferini rəsmiləşdirib
Futbol04:37
Rubio Argentinanın XİN başçısı ilə Venesuelaya qarşı əməliyyatı müzakirə edib
Digər ölkələr04:19
Tramp: Venesuela satış üçün ABŞ-yə 50 milyon barrelə qədər neft təhvil verəcək
Digər ölkələr03:55
Video
İranda etirazçılar marketi yağmalayıb, bir polis həlak olub
Region03:25