KİV: "Barselona"nın baş məşqçisi istefaya göndərilə bilər

KİV: "Barselona"nın baş məşqçisi istefaya göndərilə bilər Barselona futbol klubunun baş məşqçisi Ernesto Valverde istefaya göndərilə bilər.
Futbol
23 Sentyabr , 2019 08:44
KİV: Barselonanın baş məşqçisi istefaya göndərilə bilər

"Barselona" futbol klubunun baş məşqçisi Ernesto Valverde istefaya göndərilə bilər.

"Report"un məlumatına görə, bu barədə İspaniyanın AS nəşri bildirib.

Qeyd edilir ki, əgər Messi və komanda İspaniya çempionatının iki ən yaxın matçında - "Vilyarreal"la evdə, "Xetafe" ilə səfər oyununda xal itirsə, baş məşqçi tutduğu vəzifədən kənarlaşdırılacaq.

Kataloniyalılar Valverdenin rəhbərliyi altında dörd dəfə mükafat qazanıblar. Bunlardan ikisi ölkə yarışı - İspaniya Kuboku və Superkubokunda əldə edilib. Klub Çempionlar Liqasının dörddə bir final və yarımfinal mərhələlərinə yüksəlib.

Daha əvvəl bildirilirdi ki, İspaniya "Barselona"sı 2018/2019 mövsümündə Avropa təmsilçiləri arasında oyunlarına ən çox azarkeş gələn klub olub. 

Son xəbərlər

Orphus sistemi