KİV: "Atletiko" transfer rekordunu qırmaq istəyir

KİV: "Atletiko" transfer rekordunu qırmaq istəyir Portuqaliyanın Benfika klubunda çıxış edən Joao Feliks karyerasını İspaniyanın Atletiko kollektivində davam etdirə bilər.
Futbol
17 İyun , 2019 14:06
KİV: Atletiko transfer rekordunu qırmaq istəyir

Portuqaliyanın "Benfika" klubunda çıxış edən Joao Feliks karyerasını İspaniyanın "Atletiko" kollektivində davam etdirə bilər.

"Report" "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu 20 yaşlı hücumçu üçün 120 milyon avro təzminat ödəməyi planlaşdırır.

Bildirilib ki, Feliksin transferi Antuan Qrizmannın satışından əldə olunan gəlirlə reallaşacaq.

Qeyd edək ki, Joao Feliks 2018/2019 mövsümündə bütün turnirlər daxil olmaqlar 43 oyunda meydanda olub, 20 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. 

Bu keçid reallaşsa, "Atletiko"nun tarixində transfer rekordu yenilənəcək. Hazırda klubun ən bahalı transferi fransalı Toma Lemardır. 24 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayında 70 milyon avro müqabilində Fransa "Monako"sundan İspaniya klubuna keçib.

Son xəbərlər

Orphus sistemi