Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb Bakı. 21 fevral. REPORT.AZ/ UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.
Futbol
21 Fevral , 2019 10:08
Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

Bakı. 21 fevral. REPORT.AZ/ UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

“Report” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına belçikalı Ceyson Denayer (“Lion”, Fransa), ispaniyalı Tyaqo Alkantara (“Bavariya”, Almaniya), ingiltərəli Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə) və uruqvaylı Dieqo Qopdin (“Atletiko”, İspaniya) iddia edir.

Ən yaxşı qola isə almaniyalı Leroy Sane (“Mançester Siti”, İngiltərə), cənubi koreyalı Son Xın Min (“Tottenhem”, İngiltərə), fransalı Kərim Benzema (“Real Madrid”, İspaniya) və italiyalı Nikolo Zanyolonun (“Roma”, İtaliya) dəqiq zərbələri namizəddir.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi