Fransa klubunun futbolçusu koronavirusa yoluxdu
Futbol
- 27 iyun, 2020
- 07:10
Fransa "Dijon"unun futbolçularından biri koronavirus xəstəliyinə yoluxub.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, adı açıqlanmayan oyunçuda tibbi testlər nəticəsində aktiv və simptomsuz hal aşkarlanıb. Hələlik onun sağlıq durumu həyatı üçün təhlükə törətmir.
Mövcud tibbi protokollara uyğun olaraq, həmin şəxs karantini evində keçirəcək. Futbolçuları, personalı və bütün əməkdaşlarının sağlamlığını qorumaq üçün "Dijon" Fransa hökumətinin müəyyənləşdirdiyi qaydalara gələcəkdə də əməl edəcəyini bildirib.
Qeyd edək ki, Fransada mövsüm vaxtından əvvəl yekunlaşdırılıb və PSJ qalib elan olunub. "Dijon" isə 16-cı yeri tutub.
Son xəbərlər
09:25
"İçərişəhər" auditor seçib
Maliyyə09:12
Azərbaycan Basketbol Liqasında daha iki oyun baş tutacaq
Komanda09:08
Buzovnanın bəzi ərazilərində işıq olmayacaq
Energetika09:06
Vitse-prezident: ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləşdirib
Digər ölkələr09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.01.2026)
Maliyyə09:05
Ötən il motosiklet və moped sürücülərinin iştirakı ilə 43 qəza olub, 12 nəfər ölüb
Hadisə09:03
Azərbaycan Premyer Liqasında ilin ilk oyunları bu gün keçiriləcək
Futbol08:57
Yaponiya parlamentinin aşağı palatası buraxılıb
Digər ölkələr08:55