Çin komandası 104 gündən sonra koronavirusun ortaya çıxdığı şəhərdə

Futbol
  • 20 aprel, 2020
  • 11:33
Çin komandası 104 gündən sonra koronavirusun ortaya çıxdığı şəhərdə

Futbol üzrə Çin Super Liqasında çıxış edən "Uhan Zall" komandası 4 aydan sonra təmsil etdiyi şəhərə qayıdıb. 

"Report"un məlumatına görə, yanvarda İspaniyanın Malaqa şəhərinə təlim-məşq toplanışı üçün gedən kollektiv koronavirus səbəbindən ölkəyə dönə bilmirdi. 

Uhan şəhəri karantində olduğundan, komanda İspaniyadan Almaniyaya, oradan isə Çinin Şençjen şəhərinə yollanmışdı. Futbolçular burada 3 həftə ərzində karantində qalmışdılar. 

Oyunçular və məşqçilər heyəti 104 gündən sonra Uhan şəhərinə qayıda biliblər. Komandanı azarkeşlər qarşılayıb, kollektivin aprelin 22-də məşqə başlayacağı bildirilib. 

Qeyd edək ki, koronavirus 2019-cu ilin sonlarında məhz Uhandan yayılmağa başlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti