Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı müəyyənləşdi

Futbol
  • 26 may, 2020
  • 12:44
Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı müəyyənləşdi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı məlum olub.

"Report"un "Sky Sport" nəşrinə istinadən məlumatına görə, qarşılaşmalar 13-14 avqust tarixlərində keçiriləcək.

Matçlar azarkeşsiz oynanılacaq və neytral stadionlarda olacaq. Yarımfinal və final görüşlərinin isə əvvəlcədən məlum olduğu kimi, İstanbulda təşkil olunacağı gözlənilir.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti