Almaniyada minlərlə məktəbli yeni hərbi xidmət qanununa etiraz edib

Digər ölkələr
  • 05 dekabr, 2025
  • 23:44
Almaniyada minlərlə məktəbli yeni hərbi xidmət qanununa etiraz edib

Almaniyanın bir sıra şəhərlərində minlərlə məktəbli Bundestaqın hərbi xidmətin yeni modeli haqqında qanun layihəsini qəbul etməsinə etiraz olaraq nümayişlərdə iştirak edib.

"Report"un DPA agentliyinə istinadən verdiyi xəbərə görə, bir çox yeniyetmələr məcburi məktəbə davamiyyətinə baxmayaraq, dərsdən yayınıblar.

Etiraz aksiyaları "Məktəblərin hərbi xidmətə çağırışa qarşı tətili" şüarı altında keçirilib. Polisin məlumatına görə, təxminən 3000 nəfər Berlində toplaşaraq Kroytsberq rayonunun küçələri ilə yürüş keçirib.

Nümayişdə azyaşlı uşaqları olan valideynlər və ibtidai sinif şagirdləri də iştirak edib. Etirazlara Hamburqda 1700, Dortmundda 1000 və Frankfurt-Mayndə 600-ə yaxın insan qatılıb.

Nümayişçilər əllərində "Bundesver üçün bir nəfər də yox, bir sent də yoxdur", "Təhsil üçün daha çox, silah üçün daha az", "Məcburi xidmət olmadan gələcək üçün" kimi şüarlar yazılmış lövhələr tutublar. Ölkənin cənubu - Haydelberq, Münhen və Ştutqartda da etiraz aksiyaları keçirilib.

Dekabrın 5-də Bundestaq Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanun qəbul edib. Almaniyanın müdafiə naziri Boris Pistorius tərəfindən təklif edilən qanun layihəsi gənclərin tibbi müayinədən keçməsini və hərbi qeydiyyatı bərpa etməyi tələb edir. Potensial işə qəbul olunanlardan fiziki hazırlığı və Almaniya Silahlı Qüvvələrinə qoşulmağa hazır olduqları barədə sorğu anketlərini doldurmaq tələb olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti