Bu gün 2019/2020 avrokubok mövsümündə III təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
"Report"un məlumatına görə, Çempionlar Liqasında (ÇL) 5, Avropa Liqasında isə 1 görüş baş tutacaq.
Türkiyəi təmsilçisi "Başakşehir" də ÇL-in təsnifat mərhələsində ilk oyununa çıxacaq. İstanbul təmsilçisi Yunanıstanın "Olimpiakos" kollektivini qəbul edəcək.
Ötən mövsüm Rusiya Premyer Liqasını 3-cü pillədə başa vuran "Krasnodar" da ilk matçını evdə keçirəcək. Komanda Portuqaliyanın "Portu" klubunun müqavimətini qırmağa çalışacaq. Avropa Liqasındakı yeganə oyunda isə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a uduzan (1:1, 3:0) İrlandiya "Dandolk"u Slovakiyada "Slovan"ın qonağı olacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
21:00. "Krasnodar" (Rusiya) - "Portu" (Portuqaliya)
21:45. "Başakşehir" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan)
22:00. "Bazel" (İsveçrə) - LASK (Avstriya)
22:00. ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)
22:15. "Maribor" (Sloveniya) - "Rusenborq" (Norveç)
Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
22:15. "Slovan" (Bratislava, Slovakiya) - "Dandolk" (İrlandiya)