"Çelsi" iki il oynamayan futbolçusu ilə müqaviləni yenilədi - RƏSMİ

Futbol
  • 26 iyun, 2020
  • 10:00
Çelsi iki il oynamayan futbolçusu ilə müqaviləni yenilədi - RƏSMİ
Marko van Ginkel

İngiltərənin "Çelsi" klubu futbolçusu Marko van Ginkellə müqavilənin müddətini uzadıb. 

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub. 

Qeyd edək ki, Marko van Ginkel 2013-cü ildən "Çelsi"yə məxsusdur. O, bu müddət ərzində İtaliyanın "Milan" Niderlandın PSV və İngiltərənin "Stok Siti" klublarına icarəyə verilib. Ginkel 2018-ci ilin iyulunda dizindən əməliyyat olunub və o vaxtdan bəri heç bir matçda oynamayıb. 

Son xəbərlər

Bütün Xəbər Lenti