Canluici Buffon daha bir il "Yuventus"da çıxış edəcək
Futbol
- 02 iyun, 2020
- 05:10
Canluici Buffon və Corco Kyellini
İtaliyanın "Yuventus" klubu qapıçısı Canluici Buffon ilə müqavilənin müddətini uzadacaq.
"Report" "La Stampa" nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı qolkiper Turin təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq sözləşməsini yeniləmək barədə razılığa gəlib.
Təcrübəli oyunçu daha bir il "Yuventus"da çıxış edəcək.
Qeyd edək ki, Canluici Buffon 2001 - 2018-ci illərdə "Yuventus"da çıxış edib. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirdikdən sonra ötən ilin yayında Turin klubuna qayıdıb. Daha əvvəl "Yuventus"un idman direktoru Fabio Paratiçi Buffonla yanaşı Corco Kyellinini və Paulo Dibala ilə də danışıqlar apardıqlarını təsdiqləyib.
Son xəbərlər
06:53
HRANA: ABŞ və İsrailin İrana hücumlarında ölənlərin sayı 1 168-ə çatıb
Region06:27
"CBS News": ABŞ Küveytdəki səfirliyinin əməkdaşlarının təxliyəsinə başlayıb
Digər ölkələr05:43
Bakı-Quba yolunda yük maşınının vurduğu şəxs ölüb
Hadisə05:31
Tramp bəyan edib ki, ABŞ İrandan sonra Kuba ilə "məşğul olacaq"
Digər ölkələr05:06
CENTCOM rəhbəri İrana qarşı hərbi əməliyyatın gedişatını qiymətləndirib
Digər ölkələr04:51
Türkiyəli deputat: Naxçıvanda mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa açıq hücumdur
Region04:22
Rəsmi Əbu-Dabi: İranın Azərbaycan ərazisini hədəfə alması dövlət suverenliyinin pozulmasıdır
Xarici siyasət04:05
Hindistan HHQ-nin radarlardan itmiş qırıcısı qəzaya uğrayıb - YENİLƏNİB
Digər ölkələr03:38