"Qalatasaray"ın Avropa Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib
Futbol
- 04 yanvar, 2019
- 10:14
Bakı. 4 yanvar. REPORT.AZ/ Portuqaliyanın “Benfika” futbol komandasının baş məşqçisi Ruy Vitoriya istefaya göndərilib.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis cari mövsümdəki uğursuz nəticələrlə əlaqədar postundan uzaqlaşdırılıb.
Vitoriya 2015-ci ildən “Benfika”nın baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında 2015/2016 mövsümündə ölkə çempionu olsa da, cari çempionatda 15 turdan sonra 32 xalla 4-cü yerdədir.
Lissabon təmsilçisi Çempionlar Liqasında qrup mərhələsini 3-cü pillədə başa vuraraq Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. “Benfika”nın rəqibi isə Türkiyənin “Qalatasaray” komandasıdır.
Son xəbərlər
04:11
İran XİN ABŞ-nin hücum səbəbini təkzib edib
Region03:36
Afrika Millətlər Kubokunun sonuncu çempionundan kubok geri alınacaq
Futbol03:10
İraq bu gündən Türkiyəyə neft nəqlini bərpa edəcək
Digər ölkələr02:45
SEPAH: İsrailin yüksəkvəzifəli zabiti öldürülüb
Region02:01
İran hökuməti Əli Laricani və oğlunun ölümünü təsdiqləyib
Digər01:55
UEFA Çempionlar Liqası: 1/8 final mərhələsinin cavab matçları keçirilib
Futbol01:19
Marko Curiç: Serbiya Avropada mövcud problemlərin həllinin bir hissəsidir
Region01:01
Ağdamda avtomobil ağaca çırpılıb, ölən və yaralı var
Hadisə00:42