“Barselona” klubu rekord məbləğdə gəlir əldə edib
Futbol
- 18 iyul, 2018
- 07:47
Bakı. 18 iyul. REPORT.AZ/ İspaniyanın “Barselona” futbol klubu 2017/2018 mövsümündə 914 milyon avro gəlir əldə edib.
“Report” xəbər verir ki, bu, Kataloniya təmsilçisi üçün rekord göstəricidir. Bunadək ən böyük rəqəm ötən mövsüm qeydə alınıb – 708 milyon avro. “Barselona”nın 2017/2018 mövsümü üçün xərcləri isə 882 milyon avro təşkil edib. Vergilərin ödənilməsindən sonra klubun xalis qazancı 13 milyon avro olub.
Kataloniyalıların Direktorlar Şurası klubun 2021-ci ilə qədər inkişaf planını müəyyənləşdirib. İspaniya nəhəngi 3 il ərzində gəliri 1 milyarda çatdırmaq niyyətindədir.
Qeyd edək ki, “Barselona” 2017/2018 mövsümündə La Liqanın və Kral kubokunun qalibi olub.
Son xəbərlər
09:00
Premyer Liqa: "Neftçi" bu gün Şamaxıda, "Qəbələ" öz meydanında mübarizə aparacaq
Futbol08:51
Yevlaxda keçmiş məhkum 5 kq narkotik vasitə ilə saxlanılıb
Hadisə08:50
Latviya XİN rəhbəri: Ukrayna Avropa İttifaqına sürətli qoşulmağa hazır olmalıdır
Digər ölkələr08:34
"Anthropic" şirkəti Pentaqonu məhkəməyə verəcək
Digər ölkələr08:16
Avstraliyanın Baş naziri məscidlərə hücum etmək istəyən şəxsin tutulmasına münasibət bildirib
Digər ölkələr08:03
Bardella Makronun ümumavropa nüvə təşəbbüsünü tənqid edib
Digər ölkələr07:49
ABŞ İranla bağlı danışıqları mərkəzləşdirir
Digər ölkələr07:36
Şamaxıda son iki gün ərzində yeddinci zəlzələ olub - YENİLƏNİB-2
Hadisə07:23