“Barselona” 17 yaşlı oyunçusu sayəsində “Levante”yə qalib gəlib
Futbol
- 02 fevral, 2020
- 21:55
"Barselona" İspaniya çempionatının 22-ci turunun matçında "Levante”yə qalib gəlib.
“Report” xəbər verir ki, görüş Barselonada "Nou Kamp" stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesabı ilə başa çatıb.
“Barselona” Ansu Fatinin dublu hesabına qələbəyə nail olub. 17 yaşlı futbolçu hesabı matçın 30-cu dəqiqəsində açıb, bundan 1 dəqiqə sonra hesab arasındakı fərqi 2:0-a çatdırıb.
Meydan sahibləri hər iki qolu Lionel Messinin məhsuldar ötürməsi ilə vurub. Matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Ruben Roçin rəqibin qollarından birinin əvəzini çıxa bilib.
"Barselona" 22 matçda 46 xal toplayaraq İspaniya çempionatının yarış cədvəlində 2-ci yer tutur. "Levante" 26 xalla turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.
Son xəbərlər
05:43
ABŞ-nin qırıcı təyyarələri Venesuela hava məkanı yaxınlığında uçuşlar keçirib
Digər ölkələr05:04
İlon Mask: Avropa Komissiyası ləğv edilməli, seçkili orqanla əvəz olunmalıdır
Digər ölkələr04:38
Sudanda İl-76 hərbi təyyarəsi qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr04:29
Venesuela ABŞ təhdidlərini psixoloji müharibənin yeni forması adlandırıb
Digər ölkələr04:14
"SpaceX" ABŞ-nin kəşfiyyat ehtiyacları üçün peyk daşıyan "Falcon 9" raketini buraxıb
Digər ölkələr03:40
Rusiyada 5,7 maqnitudada zəlzələ olub
Digər ölkələr03:06
ABŞ-də naməlum şəxs universitetdə atəş açıb, xəsarət alanlar var
Digər ölkələr02:41
Video
Qərbi Azərbaycan Xronikası: Qıpçaq mənşəli etnonimdən yaranan məkan
Daxili siyasət02:11