"Qarabağ"ın transfer edəcəyi futbolçunun qiyməti müəyyənləşib

"Qarabağ"ın transfer edəcəyi futbolçunun qiyməti müəyyənləşib Qarabağ klubunun İspaniya Leqanesindən heyətinə qatacağı gözlənilən futbolçu Ovusu Kvabenanın transfer qiyməti müəyyənləşib.
Futbol
23 Yanvar , 2020 10:30
Qarabağın transfer edəcəyi futbolçunun qiyməti müəyyənləşib

"Qarabağ" klubunun İspaniya "Leqanes"indən heyətinə qatacağı gözlənilən futbolçu Ovusu Kvabenanın transfer qiyməti müəyyənləşib.

"Report"un İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, son Azərbaycan çempionu La Liqa təmsilçisi ilə 2022-ci ilin yayına qədər müqaviləsi olan qanalı hücumçunu icarəyə götürməyi deyil, birdəfəlik transfer etməyi planlaşdırır.

Belədə 23 yaşlı forvardın keçidi Ağdam təmsilçisinə 300 min avroya başa gələcək. Lakin müqavilədə yer alan bəndə əsasən, "Leqanes" Kvabenanın bundan sonrakı transfer hüququnun 50%-nə də sahib olacaq. Bu keçiddən hücumçunun mövsümün ilk yarısını icarədə keçirdiyi "Kordoba" klubu da yararlanacaq. 

Qeyd edək ki, cari mövsüm "Kordoba"nın heyətində 16 oyuna çıxan Ovusu Kvabena 6 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi