Azərbaycan Premyer Liqasında VIII turun oyunlarının vaxtı müəyyənləşib

Azərbaycan Premyer Liqasında VIII turun oyunlarının vaxtı müəyyənləşib "Qəbələ", "Neftçi" və "Qarabağ" eyni gündə meydana çıxacaq
Futbol
15 Oktyabr , 2018 14:44
Azərbaycan Premyer Liqasında VIII turun oyunlarının vaxtı müəyyənləşib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyunlarının vaxtı müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək.

Mərkəzi qarşılaşma hesab olunan "Qəbələ" - "Neftçi" görüşü oktyabrın 20-də saat 17:00-da start götürəcək. Həmin gün keçiriləcək "Qarabağ" - "Səbail" oyunu isə saat 19:00-da başlayacaq.

Turun digər iki oyunu isə oktyabrın 21-də olacaq. "Sumqayıt" - "Sabah" matçı saat 17:00-da, "Keşlə" - "Zirə" oyunu isə saat 19:00-da başlayacaq. 

Azərbaycan Premyer Liqası, VIII tur

20 oktyabr (şənbə)


17:00. “Qəbələ” – “Neftçi”

Qəbələ şəhər stadionu


19:00. “Qarabağ” – “Səbail”

“Azersun Arena”

21 oktyabr (bazar)


17:00. “Sumqayıt” – “Sabah”

“Bayıl Arena”

19:00. “Keşlə” – “Zirə”

“ASK Arena” 

Son xəbərlər

Orphus sistemi