Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib

Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib Səbail komandası futbolçusu Maudo Jarjue ilə yollarını ayırıb.
Futbol
17 İyun , 2019 12:39
Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib
Report/Firi Salim

"Səbail" komandası futbolçusu Maudo Jarjue ilə yollarını ayırıb. 

Bu barədə "Report"a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. 

38 yaşlı mütəxəssis bildirib ki, qvineya-bisaulu müdafiəçi klubun müqaviləni yeniləmək barədə təklifinə müsbət cavab verməyib. 

Hacıyev deyib ki, Jarjue başqa bir komandaya keçəcəyini söyləyib: "Agenti ona başqa klub tapıb. "Səbail"lə müqaviləsi başa çatdığı üçün istədiyi yerə gedə bilər. Jarjueni növbəti mövsüm komandamızda görmək istəyirdik. Ona qalmağı təklif etmişdik". 

Qeyd edək ki, Maudo Jarjue 2017-ci ilin iyul ayında "Səbail"ə transfer olunub. Paytaxt klubu Premyer Liqada 2018/2019 mövsümünü 41 xalla üçüncü pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb. 

Son xəbərlər

Orphus sistemi