"Xəzər Lənkəran"ın stadionu su altında qalıb
Futbol
- 17 oktyabr, 2015
- 07:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VIII turunda "Xəzər Lənkəran" və AZAL komandaları arasıında nəzərdə tutulan matç təxirə salına bilər. Lənkəran klubundan "Report"a verilən məlumata görə, səbəb dörd gündür yağan aramsız yağışların şəhər stadionunu bərbad vəziyyətə salmasıdır.
Şəhərin bəzi yerlərinə sel gəlib, stadionun yanından keçən Lənkəran çayı dolub-daşmaq üzrədir. Sabah AFFA nümayəndələri Lənkərana gedərək stadiondakı ümumi vəziyyətlə tanış olacaqlar. Onların rəyindən sonra oyunun keçirilib-keçirilməməsi ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL görüşünün start fitinin oktyabrın 18-də saat 18:00-da çalınması nəzərdə tutulub.
Son xəbərlər
03:48
Serbiya seçki kampaniyasına müdaxiləyə görə Xorvatiyaya etiraz notası göndərib
Digər ölkələr
03:12
Tramp: İranla müzakirələrdə kiminlə danışdığımızı artıq bilmirəm
Digər ölkələr
02:44
Mask: Starlink yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulub
Digər ölkələr
02:06
Pentaqon Latın Amerikasına 600 hərbçi göndərir
Digər ölkələr
01:32
İstanbulda hava səbəbindən 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
Region
01:17
Foto
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
Daxili siyasət
01:00
UEFA Çempionlar Liqasında ikinci turun növbəti oyunları keçirilib
Futbol
00:38
ABŞ hipersəs raketinin yerləşdirilməsi qrafikindən geri qaldığını etiraf edib
Digər ölkələr
00:10
Kiyevə növbəti hərbi yardım müzakirə edilib
Digər ölkələr