Xavi “Barselona”nı tərk edəcəyini açıqlayıb

Futbol
  • 27 yanvar, 2024
  • 21:28
Xavi “Barselona”nı tərk edəcəyini açıqlayıb

“Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda klubu tərk edəcək.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri, həmçinin jurnalist Fabritsio Romano sosial şəbəkədə bildirib.

“İyunun 30-da klubu tərk edəcəyəm. Bu, klubun prezidenti, rəhbərliyi ilə müzakirə etdiyim qərardır... “Barselona”nın rəhbərlik dəyişikliyinə ehtiyacı var. Mən bunu prezidentə izah etdim, biz görüşdük, yaxşı söhbətimiz oldu. Onların məndən əminliyi bu günədək tam idi, ancaq getmək vaxtı çatıb. Bu, iqtisadi vəziyyət səbəbindən baş vermir, bu qərarı ürəkdən verirəm və hesab edirəm ki, bu, klub üçün ən yaxşı sonucdur. Problem olmaq istəmirəm. Biz tamamilə uğursuz mövsüm keçirdik və belə nəticəyə layiq olmayan oyunçuların istiqamətini dəyişdirməyin zamanı gəlib. Geridönüş edə bildiyiniz bir matçda sizi yendiklərini görmək çox məyusedicidir, karyeramda belə qəddar matç xatırlamıram. Klubun xeyrinə istiqamət dəyişikliyinə ehtiyacımız var və bu, “Barsa” ətrafındakı vəziyyətin yaxşılaşmasına səbəb olacaq”, – baş məşqçi vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti