Veteran futbolçumuzu maşın vurub öldürdü

Veteran futbolçumuzu maşın vurub öldürdü Veteran futbolçu Səmədağa Şıxlarov dünyasını dəyişib.
Futbol
831
1 İyun , 2021 15:11
Veteran futbolçumuzu maşın vurub öldürdü
Səmədağa Şıxlarov
0 : 00
0 : 00

"Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dünyasını dəyişib.

Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Şıxlarovu az öncə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində "Chevrolet" markalı avtomobil vurub.

Şıxlarov hadisə yerindəcə keçinib. Onun meyiti ekspertiza üçün morqa aparılıb.

Abdullayev veteranlar adından mərhumun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Səmədağa Şıxlarov 1955-ci ildə Salyan rayonunun Xıllı kəndində anadan olub. O, karyerası ərzində "Neftçi" "Xəzər Sumqayıt", "Avtomobilçi", "MOİK Kiyev", "Kəpəz" və "Çıraqqala Siyəzən" komandasında çıxış edib. Keçmiş hücumçu 1982-ci ildə iki dəfə SSRİ-nin U-21 yığmasının formasını geyinib.

Şıxlarov 2004-cü ildə "Neftçi-2"nin, bir il sonra isə "Şirvan"ın baş məşqçisi olub. Mütəxəssis 2006 - 2008-ci illərdə "Olimpik"də, 2008-ci ildə "Neftçi" və AZAL-da köməkçi məşqçi funksiyasını yerinə yetirib.

Veteran futbolçu son illər Azərbaycan Həndbol Federasiyasında çalışıb.

Son xəbərlər

Orphus sistemi