Uels klubunun sabiq baş məşqçisinin oğlu yaşlı qonşusunu yanğından xilas edib
Futbol
- 10 aprel, 2025
- 02:40
İngiltərənin I Liqasında çıxış edən Uelsin “Reksem” klubunun sabiq baş məşqçisi Din Kitsin oğlu Coel Kits yanan evdən yaşlı qonşusunu xilas edib.
“Report” “Mirror”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında yaşanıb.
17 yaşlı Coel evə qayıdarkən qonşularının evində yanğın baş verdiyini görüb. Qışqırıq səslərini eşitdikdən sonra o, əvvəlcə yanğınsöndürmə briqadasına zəng vurub, daha sonra öz ailəsinin üzvlərini köməyə çağırıb. Nəticədə Kits ailəsi ilə birlikdə yaşlı qonşularını xəsarət almadan yanğından xilas etməyi bacarıb.
Qeyd edək k, Coelin atası Din Kits 2010-2015-ci illərdə “Reksem”də futbolçu kimi çıxış edib. Karyerasını bitirdikdən sonra, 2016-2018 və 2019-2021-ci illərdə komandanın baş məşqçisi olub.
Son xəbərlər
12:59
2030-cu il üçün Orta Dəhliz və "Şimal-Cənub" dəhlizi ilə yükdaşıma proqnozları açıqlanıb
İnfrastruktur12:53
EDB: Azərbaycan Avrasiya regionunda həm investor, həm də investisiya alıcısı kimi ilk üçlükdədir
Maliyyə12:52
Səudiyyə Ərəbistanı klubu Məhəmməd Salaha rekord məbləğdə müqavilə təklif edib
Futbol12:46
Şənbə gününün hava proqnozu açıqlanıb
Ekologiya12:41
Foto
Qusarda "Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilib
Daxili siyasət12:31
Foto
Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət edib
Xarici siyasət12:27
Foto
Ağdərənin Vəngli kəndinə növbəti köç yola salınıb
Daxili siyasət12:24
"Neftçi" İK-nın baş məşqçisi: "Araz-Naxçıvan"la oyunda bəxtimiz gətirmədi"
Futbol12:23