UEFA transfer qaydalarını dəyişəcək
Futbol
- 24 yanvar, 2023
- 05:27
UEFA transfer qaydalarını dəyişməyi planlaşdırır.
“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, buna səbəb İngiltərə klubu “Çelsi”nin oyunçu keçidləri zamanı yararlandığı metodun digər klublar tərəfindən tənqid olunmasıdır.
Ukraynalı futbolçu Mixail Mudriki heyətinə qatan London təmsilçisi razılığa əsasən, transfer pulunu Donetsk “Şaxtyor”una 8 il ərzində hissə-hissə ödəyəcək. “Zadəganlar” bununla maliyyə feyr-pley qaydalarını pozmaqdan qurtulurlar.
FIFA-nın nizamnaməsinə görə, ödəniş maksimum beş ili əhatə edə bilər. Ancaq “Çelsi” bu mənada istisna olub. Qayda dəyişikliyi paytaxt klubunun son keçidlərinə şamil edilməyəcək.
Qeyd edək ki, “Çelsi” Mixail Mudriki “Şaxtyor”dan 70+30 milyon avroya transfer edib.
Son xəbərlər
01:11
Fransanın Baş naziri ölkədəki meşə yanğınlarının nəzarət altına alındığını bildirib
Digər ölkələr00:42
Əraqçi Türkiyə və Pakistana ABŞ hücumları barədə xəbərdarlıq edib
Region00:13
İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb
Region23:50
ÜST KDR tarixində ən böyük Ebola epidemiyası barədə məlumat verib
Digər ölkələr23:23
İranda Netanyahu və Trampın həbsi ilə bağlı qanun qəbul oluna bilər
Region23:07
Rumıniyada AES-in fasiləsiz işləməsi üçün tədbirlər görülür
Digər ölkələr22:56
Foto
Gürcüstanda Azərbaycan Əlifbası və Dili Günü qeyd olunub
Region22:49
İspaniya Kralı Seutadakı miqrasiya böhranına reaksiya verib
Digər ölkələr22:34