Konfrans Liqası: “Zirə" ilk oyunda “Hayduk”la heç-heçəyə razılaşıb - YENİLƏNİB-5

Futbol
  • 23 iyul, 2025
  • 21:23
Konfrans Liqası: “Zirə ilk oyunda “Hayduk”la heç-heçəyə razılaşıb - YENİLƏNİB-5

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Xorvatiya təmsilçisi “Hayduk”la heç-heçəyə razılaşıb.

“Report”un məlumatına görə, cari mövsüm avrokuboklarda ilk rəsmi oyununa çıxan Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 8-ci kilometr stadionunda rəqibi ilə heç-heçə edib - 1:1.

Bakı klubunun heyətində Brahim Konate (31) fərqlənib. Qonaqlardan isə Antoni Kalik (68) dəqiq zərbə müəllifi olub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.

20:56

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” - “Hayduk” (Xorvatiya) oyununda ikinci qol vurulub.

“Report”un məlumatına görə, 8-ci km stadionunda keçirilən matçda hesab bərabərləşib - 1:1.

Qonaqların heyətində 68-ci dəqiqədə Antoni Kalik fərqlənib.

20:34

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” - “Hayduk” (Xorvatiya) oyununda ikinci hissə başlayıb.

“Report”un məlumatına görə, 8-ci km stadionunda keçirilən matçda hesab 1:0 meydan sahiblərinin xeyrinədir.

"Qartallar"ın heyətində 31-ci dəqiqədə Brahim Konate fərqlənib.

20:17

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” - “Hayduk” (Xorvatiya) oyununda birinci hissə başa çatıb.

“Report”un məlumatına görə, 8-ci km stadionunda keçirilən matçın ilk yarısı meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

"Qartallar"ın heyətində 31-ci dəqiqədə Brahim Konate fərqlənib.

20:00

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” - “Hayduk” (Xorvatiya) oyununda hesab açılıb.

“Report”un məlumatına görə, 8-ci km stadionunda keçirilən matçda ev sahibləri hesabda irəli çıxıb.

"Qartallar"ın heyətində 31-ci dəqiqədə Brahim Konate fərqlənib.

19:30

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” - “Hayduk” (Xorvatiya) oyunu start götürüb.

“Report”un məlumatına görə, matç 8-ci km stadionunda keçirilir.

Qarşılaşmanı yunanıstanlı referi Kristos Vergetis idarə edir.

FOTO: Zaur Mustafayev

Son xəbərlər

Bütün Xəbər Lenti