UEFA Çempionlar Liqası: "Çelsi"ni "Qarabağ"la oyunda 800 azarkeş dəstəkləyəcək
Futbol
- 03 noyabr, 2025
- 11:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda "Qarabağ"la üz-üzə gələcək İngiltərənin "Çelsi" klubunu tribunalarda təxminən 800 azarkeş dəstəkləyəcək.
Bu barədə "Report"a Azərbaycan təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, qonaq komanda üçün iki sektor ayrılıb.
London komandası matçdan bir gün əvvəl, noyabrın 4-də Bakıya gələcək. "Zadəganlar"ın paytaxtda görüşdən əvvəl açıq məşqi və mətbuat konfransı olmayacaq. "Çelsi"nin baş məşqçisi Entso Mareska İngiltərədə jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Son xəbərlər
22:44
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Hərbi
22:39
Polşa və Britaniya CAMM-MR raketinin hazırlığına dair saziş imzalayıb
Digər ölkələr
22:32
ABŞ-də quş qripindən ölüm faktı qeydə alınıb
Digər ölkələr
22:20
Balakəndə 66 yaşlı kişi bıçaqlanıb, qardaşı şübhəli bilinir
Hadisə
22:18
Türkiyədə helikopter qəzası nəticəsində 5 hərbçi həlak olub - Yenilənib
Region
21:59
Almaniya "Patriot" üçün 4 milyard avroya yüzlərlə raket almaq niyyətindədir
Digər ölkələr
21:58
ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb
Digər ölkələr
21:50
ABŞ tarixində üçüncü dəfə Amerika Kubokuna ev sahibliyi edəcək
Futbol
21:38
Avropa Komissiyası Aİ-nin 11 ölkəsinə büdcə qaydalarının pozulması barədə xəbərdarlıq edib
Digər ölkələr