Azərbaycan millisinin U-15 dünya çempionatında növbəti rəqibi dəqiqləşib

Futbol
  • 27 oktyabr, 2026
  • 10:45
Azərbaycan millisinin U-15 dünya çempionatında növbəti rəqibi dəqiqləşib

Azərbaycan millisinin Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti rəqibi bəlli olub.

"Report"un məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma oktyabrın 28-də Hövsan Yarış Kompleksindəki 7B stadionunda, saat 11:30-da start götürəcək.

Cütün qalibi növbəti raundda Belarus - Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə qarşılaşacaq.

C Liqasının digər cütləri:

11:30. Fransa - Trinidad və Tobaqo

11:30. Yaponiya - Mozambik

11:30. Benin - Kuba

11:30. Uqanda - Yəmən

11:30. Tunis - Namibiya

11:30. Nigeriya - Yeni Kaledoniya

11:30. İndoneziya - Moldova

11:30. Tailand - Əfqanıstan

11:30. Panama - Qazaxıstan

11:30. Honduras - Hindistan

12:45. Vyetnam - Ruanda

12:45. Macarıstan - Malavi

12:45. Lüksemburq - Liberiya

12:45. Şotlandiya - Nikaraqua

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.

Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

44 filmi