UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Malmö” (İsveç) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtı məlum olub.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 2-də, saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Saat 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azərsun Arena”da keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Henrik Ryudströmün Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:30-da start götürəcək. İsveç təmsilçisinin eyni arenada açıq məşqi 19:00-a planlaşdırılıb.
Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də başlayacaq.